"Azərsu" ASC dövlət büdcəsi vəsaiti hesabına yeni inzibati binasının tikintisi layihəsinin tamamlanması işlərinin icrasının satınalınması məqsədilə açıq tender elan edir.
"APA-Economics" xəbər verir ki, tender iştirakçılarına aşağıda qeyd olunan işlərin icrası təklif edilir:
- elektromexaniki işlərin icrası;
- interyer və abadlıq işlərinin icrası;
- işlərin icrası ilə bağlı tələb olunan mal-material və avadanlıqların təchizatı və quraşdırılması.
Tender iştirakçılarına təklif edilir ki, "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq yuxarıda göstərilən işlər üzrə öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində qeyd edilən meyarlara üstünlük veriləcək: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak haqqı 1000 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.
İştirakçılar "Azərsu" ASC-yə iyunun 1-i saat 18:00-dan gec olmamaq şərti ilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- iddiaçı haqqında məlumat;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son üç ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış ;
- iddiaçının müqaviləni yerinə yetirmək üçün potensial imkanları haqqında məlumat;
- son üç ildə müvəffəqiyyətlə başa çatmış yerüstü qurğu və binaların tikintisi ilə bağlı ən azı 2 müqaviləsinin olması;
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması.
İddiaçı yazılı şəkildə imzalanmış və möhürlənmiş tender təklifini (zərflərin açıldığı tarixdən ən azı 90 bank günü qüvvədə olmalıdır) iyunun 8-i saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidir. Göstərilən müddətdən gec təqdim olunan tender təklifləri baxılmadan geri qaytarılacaq. İddiaçı tender təklifinin ümumi qiymətinin 2%-i həcmində bank təminatını (zərflərin açıldığı tarixdən ən azı 120 bank günü qüvvədə olmalıdır) (köçürmə və ya bank zəmanəti şəklində) təqdim etməlidir.
Təklif zərfləri iyunun 9-u saat 15:00-da "Azərsu" ASC-nin inzibati binasında açılacaq.
İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.