"Azərsu" ASC "smart kart" tipli ön ödənişli su sayğacları üçün litium batareyaların satın alınması məqsədilə təkliflər sorğusu elan edir.
Tender komissiyasından "APA-Economics"ə verilən məlumata görə, təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Satınalmaların təşkili və idarə olunması departamentinə müraciət edə bilərlər.
Təkliflər sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər "Azərsu" ASC-yə yazılı şəkildə imzalanmış və möhürlənmiş təkliflərini 22 fevral 2017-ci il saat 18:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan təkliflər baxılmadan geri qaytarılacaq.
Təklilər "Azərsu" ASC-nin inzibati binasında 23 fevral 2017-ci il saat 15:00-da açılacaq.