Ötən illərlə müqayisədə "Bakcell" MMC-nin mobil şəbəkəsindən istifadə edənlərin sayında 50% artım müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, bunu şirkətin baş icraçı direktoru Nikolai Bekers bugünkü brifinqdə bildirib.
"Bir sıra ərazilərdə isə artım 100% səviyyəsində olub. Artım hazırda da müşahidə olunur və biz tendensiyasının davam edəcəyini proqnozlaşdırırıq", - deyə o bildirib.