Bank Of Baku

Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

 Bakının daha bir yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 02 iyun 2017 16:13 (UTC +04:00)

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iyun ayının 3-dən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

 

“Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR