Bank Of Baku

"Gənclər kitab oxuyur" layihəsinin təqdimatı keçirilib

"Gənclər kitab oxuyur" layihəsinin təqdimatı keçirilib
# 13 may 2017 09:00 (UTC +04:00)

“Azercell Telekom” MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Gənclər kitab oxuyur" layihəsinin təqdimatı baş tutub.

 

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, “Gənclik Mall TM”də yerləşən Starbucks kafesində keçirilən təqdimat mərasimində layihədə qiraətçi qismində iştirak edən 11 nəfər gənc tamaşaçılara təqdim olunub.

 

Təqdimatda iştirak edən “Azercell” şirkətinin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya layihənin məqsədi, gözləntiləri barədə öz fikirlərini bildirib: “Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, kitabı yaşatmaq üçün onu müasir həyata uyğunlaşdırmalıyıq. Bu layihədə məqsədimiz onlayn kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətinə yeni çalar qatmaq və gənc azərbaycanlı yazıçılara özlərini tanıtmağa kömək etməkdir. Bununla yanaşı, oxu günlərində şəhərimizin sakinləri və qonaqları xoş asudə vaxtı keçirmək, həm tanınmış, həm də gənc yazıçılarla görüşmək imkanı qazanacaqlar. Bu layihədə bizə məkan və təşkilatı dəstək təqdim etdiyinə görə Starbucks Azərbaycan şəbəkəsinə təşəkkür edirik”.

 

Tədbirin qonağı Yazıçılar İttifaqının Yaradıcılıq üzrə katibi İlqar Fəhmi də kitabın və mütaliənin əhəmiyyəti və dəyərini vurğulayaraq layihə haqda öz arzu və fikirlərini bölüşüb.

 

Xatırladaq ki, layihədə qiraətçi qismində iştirak edən gənclər müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat, foto və səs nümunələrini “Azercell”ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıblar.  

 

Layihə çərçivəsində təşkil olunacaq oxu günlərində onlayn kitabxanaya daxil olan əsərlər həftədə bir dəfə gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın “Gənclik Mall”da yerləşən kafesində oxunacaq. Kafeyə giriş sərbəst olacaq, oxu günləri haqqında əlavə məlumat “Azercell”in “facebook” səhifəsində dərc olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR