Bakı - APA-Economics. Bu ilin 9 ayında Türkiyənin "Pegasus" aviaşirkətinin xidmətlərindən istifadə edən sərnişinlərin sayı 7,4% artaraq 18,08 mln. nəfərə çatıb.
"APA-Economics" şirkətin rəsmi saytına istinadən xəbər verir ki, daxili reyslərdən istifadə edən sərnişinlərin sayı 10,9% artdığı halda, xarici reyslərdən istifadə edənlərin sayı 1,9% artıb.
Qeyd edək ki, "Pegasus" Azərbaycana da aviareyslər həyata keçirir.