"Silk Way Airlines" şirkəti aviaparkına daha bir "Boeing 747-8F" yük təyyarəsini əlavə edib.
Şirkətdən "APA-Economics"ə verilən məlumata görə, bu təyyarənin gətirilməsi ilə "Silk Way Airlines" şirkətinin "Boeing" korporasiyası ilə genişmiqyaslı əməkdaşlıq proqramının birinci mərhələsi uğurla başa çatıb.
Proqram çərçivəsində alınan hava gəmilərinin ümumi dəyəri təxminən 1 mlrd. dollar təşkil edir.
Yeni gətirilən təyyarə "Silk Way Airlines" üçün aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu "Boeing" tipli və beşinci "Boeing 747-8F" tipli təyyarədir.