Bakı - APA-Economics. 2016-cı ilin kimya üzrə Şnobel mükafatı "Volkswagen" şirkətinə təqdim olunub.
"APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, avtomobil konserni bu mükafata ətraf mühitə atılan zərərli maddələri "effektiv" şəkildə ölçən cihazı yaratdığı üçün layiq görülüb.
Antinobel mükafatının təltif olunma mərasimi Harvard universitetində baş tutub.
Qeyd edək ki, bundan öncə "Volkswagen" ətraf mühitə atılan maddələrin göstəricilərində yol verdiyi nöqsana görə külli miqdarda cərimələnib. Bu proses "dizel qalmaqalı" kimi tarixə düşüb.