"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Yük daşımaları departamenti keçirdiyi tenderin müddətini uzadıb.
"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC Yük daşımaları departamenti ÇME-3 seriyalı teplovozların modernləşdirilməsi ilə əlaqədar tender 21 fevral 2017-ci il və təkrar 2 mart 2017-ci il tarixlərdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti artırılaraq 8 iyun 2017-ci il saat 18:00, tender təklifi və bank zəmanətinin təqdim edilməsi 19 iyun 2017-ci il saat 18:00 tarix nəzərdə tutulub.
İddiaçıların təklifləri 20 iyun 2017-ci il tarixdə saat 11:00-da açılacaq.