Bank Of Baku

Ağstafa-Köçəsgər avtomobil yolu yenidən qurulur

Ağstafa-Köçəsgər avtomobil yolu yenidən qurulur
# 02 may 2017 09:03 (UTC +04:00)

2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Ağstafa rayonu Köçəsgər avtomobil yolu layihəsidir.

 

"Azəravtyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, sözügedən avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadığından dağılıb və qabarmış hissələr yaranıb. Layihə çərçivəsində torpaq işləri görülüb, yeni yol yatağı inşa olunur. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri aparılır.

 

Bu işlərə paralel olaraq hazır olan hissələrin asfaltlanması işləri də görülür. Uzunluğu 15,5 km, eni 12 m olan və 3-cü texniki dərəcəyə uyğun tikilən avtomobil yolunun hazırda  6 km-lik hissəsinə asfalt-beton örtüyünün ilk qatı də salınıb. Ümumilikdə isə yolun 100 kvadratmetrdən çox  ərazisinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənəcək.

 

Layihəyə uyğun olaraq 2 hərəkət zolaqlı və hərəkət hissəsinin eni 7 m olan yolun yatağının eni 12 m təşkil edir. Bura 2,5 m enində çiyinlər də daxildir. Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr, 18 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 46 500 m. uzunluğunda yol-cizgi və yol göstərici xətlər çəkiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR