Bank Of Baku

Apamark Dövlət Dəniz Administrasiyasının saytını hazırlayıb

Apamark Dövlət Dəniz Administrasiyasının saytını hazırlayıb
# 22 iyun 2017 07:38 (UTC +04:00)

Müştərilərin istəklərinə uyğun həll yolları təqdim edən Apamark Marketinq və PR şirkəti Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəsmi saytı üzrə işləri uğurla yekunlaşdırıb.

 

 

İstifadəçilər üçün rahat interfeys

 

 

Əvvəlki ağır interfeysdən fərqli olaraq yeni saytda istifadəçilərə lazım ola biləcək birinci dərəcəli məlumatlar ön plana çəkilib. İstifadəçilərin internetə daha çox mobil cihazlar vasitəsilə daxil olduqlarını nəzərə alaraq, sayt bütün mobil cihazlara adaptasiya edilib.

 

 

Özəl proqramlaşdırma və Google indeksasiyası

 

 

Saytın proqramlaşdırılması zamanı hər hansı bir hazır proqramlaşdırma kodlarında istifadə edilməyib. Google axtarış sisteminin indeksləməsi üçün saytın bütün URL strukturları qurulub, meta teqlər meta “descriptionlar” yerləşdirilmiş, sitemap.xml, robots.txt faylları əlavə edilib. Saytda olan müraciət formalarını kütləvi SPAM məktublarının hücumundan qorunmaq üçün xüsusi təhlükəsizlik kodları əlavə edilib. Bütün bunlarla yanaşı saytın rahat açılması üçün əvvəlki saytda olan bütün “flaş” elementləri ləğv edilib.

 

 

İdarəetmədə tam rahatlıq və təhlükəsizlik

 

 

Saytın admin panel tərəfində saytı idarə edəcək şəxs üçün geniş imkanlar yaradılmışdır. Saytı idarə edəcək şəxs Apamark şirkətinin hər hansı bir dəstəyi olmadan da sayt üzrə istədiyi dəyişikliyi sərbəst şəkildə həyata keçirə biləcək. Bu dəyişikliklərə istənilən səhifənin aktiv və ya deaktiv edilməsi, yeni səhifələrin yaradılması, yeni məlumatların əlavə edilməsi, saytda əlavə dillərin yaradılması və həmin dillər üzrə sayt məlumatlarının doldurulması, SEO (Search Engine Optimization) sisteminin idarə edilməsi, saytın eyni anda bir neçə şəxs tərəfindən idarə edilməsi və s. kimi imkanlar yaradılıb. Sayt XDMX-nin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin yoxlanışından da uğurla keçib.

 

 

KİV üçün bölmə

 

 

Şirkət Dövlət Dəniz Administrasiyasının saytında media nümayəndələri üçün xüsusi “KİV üçün” bölməsini yaradıb. Bu bölməyə daxil olanlar administrasiyanın bir neçə variantda təqdim olunmuş korporativ loqolarını, eləcədə də administrasiyadan müəyyən görüntülərin yüksək keyfiyyətli şəkil və videolarını öz məlumatlarında istifadə etmək üçün yükləyə bilərlər.

 

 

Qeyd edək ki, Apamark şirkəti müştərilərinə müxtəlif təyinatlı internet səhifələrin yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR