"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu yay Kazan şəhərinə uyğun qiymətlərlə uçuşları davam etdirəcək.
"APA-Economics" xəbər verir ki, avqust ayının ortalarından Kazan-Bakı-Kazan aviareysi ilə 10,3 min rubla və ya 305 manata uçmaq mümkün olacaq.
Həmçinin, AZAL sərnişinlərinə Kazan-Bakı-Tbilisi tranzit marşrutu üzrə və əks istiqamətdə 13,8 min rubla və ya 409 manata uçmaq imkanı verəcək. Yerli mətbuat yazır ki, Kazan-Bakı-Tbilisi marşrutu üzrə uçuşların qiymətləri ciddi artıb. Belə ki, ötən ilin dekabr ayında qeyd edilən aviareysə biletləri cəmi 6 min rubla və ya 178 manata əldə etmək mümkün idi.