Bank Of Baku

AZAL dövlət büdcəsinə olan borcunun 99,9%-ni qaytarıb

AZAL dövlət büdcəsinə olan borcunun 99,9%-ni qaytarıb
# 23 may 2017 14:38 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi ötən il 28 mln. 827,4 min manat təşkil edib.

 

"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.


Rəydə qeyd edilib ki, ödəniş miqdarı 2014-cü və 2015-ci illərə nisbətən, müvafiq olaraq 14 mln. 252,2 min manat və ya 97,8% artıb və 3 mln. 66,9 min manat və ya 9,6% azalıb.

Hesabat dövründə cəmiyyət üzrə dövlət büdcəsinə olan borcların həcmi 11 mln. 344,2 (99,9%) min manat azalaraq 14,5 min manat, artıq ödəmənin həcmi isə 9 mln. 952,5 min manat artaraq 9 mln. 953,7 min manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR