Bank Of Baku

AZAL dünyanın 50 ən yaxşı aviaşirkəti siyahısına düşə bilməyib

AZAL dünyanın 50 ən yaxşı aviaşirkəti siyahısına düşə bilməyib
# 04 aprel 2017 12:50 (UTC +04:00)

İxtisaslaşmış "Brand Finance" nəşri dünyanın 50 ən yaxşı aviaşirkətinin adını açıqlayıb. "APA-Economics" xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) növbəti dəfə siyahıda yer ala bilməyib.

 

Maraqlıdır ki, siyahının ilk 3 pilləsində ABŞ aviaşirkətləri qərarlaşıb. Siyahının lideri "American Airlines" şirkətidir, ikinci və üçüncü yerləri müvafiq olaraq "Delta Airlines" və "United Airlines" bölüşdürür. Yeri gəlmişkən, dünyanın ən yaxşı 50 aviaşirkətindən 7-si ABŞ-ındır və onların 4-ü ("Southwest Airlines" 5-ci yerdə qərarlaşıb) ilk onluqdadır.


Dördüncü yerdə BƏƏ-nin "Emirates Airlines" yerləşib.


TOP-10-a 3 Çin aviaşirkəti də daxil ola bilib. Bunlar 6-8-ci yerləri bölüşdürən "China Southern Airlines", "China Eastern Airlines" və "Air China" şirkətləridir. Ümumilikdə, ABŞ kimi, Çin də siyahıda 7 şirkətlə təmsil olunub.
 

İlk onluğu Böyük Britaniyanın "British Airways" və Yaponiyanın ANA şirkətləri qapayır.

 

Maraq üçün bildirək ki, "Türk Hava Yolları" 16-cı, şimal qonşumuz olan Rusiyanın milli aviadaşıyıcısı "Aeroflot" isə 26-cı sıralarda qərarlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR