"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı - Təl-Əviv marşrutu üzrə uçuşların sayını artırmaq niyyətindədir.
"APA-Economics" xəbər verir ki, hazırda qış cədvəli qüvvədə olduğundan AZAL İsrailin paytaxtına həftədə 2 dəfə uçur. May ayından etibarən isə dövlət şirkəti yaya cədvəlinə keçəcək və uçuşların sayını 3-ə çatdıracaq.