Bank Of Baku

Azərbaycanın regionlarından Moskvaya aviareyslər açılır

Azərbaycanın regionlarından Moskvaya aviareyslər açılır
# 16 fevral 2017 12:54 (UTC +04:00)

AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır.

 

“Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, martın 15-dən etibarən AZALJET brendi altında Moskvanın Vnukovo hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

 

Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.

 

"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə saat 20:30-da, Qəbələ və Gəncədən uçuş - saat 20:30-da, "Vnukovo" Beynəlxalq Hava Limanına enmə - yerli vaxtla saat 22:20-də yerinə yetiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR