Bank Of Baku

"Sovetski"nin iki yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

"Sovetski"nin iki yolunda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
# 06 iyun 2017 13:23 (UTC +04:00)

Yasamal rayonu "Sovetski" ərazisinin yenidən qurulması layihəsi çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan Nərimanov prospekti və Abdulla Şaiq küçəsində təmir işləri davam etdirilir.

 

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabahdan etibarən sözügedən küçə və prospektlə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR