Azərbaycan Dəmir Yolları (ADY) ASC maliyyə məsələləri üzrə beynəlxalq məsləhətçi axtardığı barədə elan verib.
“APA-Economics”in məlumatına görə, bununla bağlı elan ADY-nin rəsmi internet səhifəsində yerləşdirilib.
Elanda qeyd olunub ki, maliyyə məsləhətçisi ADY-nin gələcək əsaslı xərclərinin maliyyələşdirilməsi imkanlarını və müəyyən mövcud öhdəliklərini yenidən maliyyələşdirmək mümkünlüyünü araşdırmalıdır.
ADY-nin elanında bununla bağlı əlavə məlumatların açıqlanacağı öz əksini tapıb.