Bank Of Baku

Azərbaycan gömrükçüləri külli miqdarda araq və siqaret aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda araq və siqaret aşkar edib
# 19 avqust 2016 08:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn mikroavtobusa gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR