Bank Of Baku

Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb
# 16 avqust 2016 08:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 58 ədəd müxtəlif markalı mobil telefon və mobil telefonlara aid külli miqdarda aksesuar aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR