Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 288,2 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 14,5% azalıb, sair nəqliyyat vasitələrinin istehsalı 1,2%, avtomobil və qoşquların istehsalı isə 41,9% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 11 ay ərzində 62,8% az minik avtomobili, 32,9% az ştanqlı quyu nasosları, 7,2% az fəvvarə armaturu istehsal edilib. Bununla yanaşı, hesabat dövründə 1013 ədəd traktor, 143 ədəd qoşqular və yarımqoşqular, 685 ədəd yük avtomobili istehsal edilib.