Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədləri müəyyənləşdirilib

Azərbaycanda elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədləri müəyyənləşdirilib
# 25 noyabr 2016 23:24 (UTC +04:00)

Nazirlər Kabineti “Elektrik enerjisinin istehsalı və elektrik qurğularının istismara buraxılışı üçün güc hədlərinin müəyyən edilməsi barədə” qərar verib.

 

APA-nın məlumatına görə, qərara əsasən 150 kilovatdan yuxarı alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji istehsal edən elektrik stansiyaları və gücü 500 kilovatdan yuxarı olan su elektrik stansiyaları və bioloji kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyaları üçün icazə tətbiq olunacaq.

 

İstismarına buraxılış aktı verilən elektrik qurğularının gücü 150 kilovatdan yuxarı həddə müəyyən edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR