Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda tikintidə istehsalçı qiymətləri artıb.
Dövlət Statistika Komitəsindən “APA-Econmomics”ə verilən məlumata görə, bu ilin II rübündə tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətləri əvvəlki rüblə müqayisədə 0,6% artıb.
Bu müddət ərzində o cümlədən yerüstü tikililər üzrə qiymətlər 0,6%, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,2% bahalaşıb.