Azərbaycandan məsul şəxslər “İranpash” zavoduna baxış keçirmək üçün İrana səfər edəcəklər.
Bunu APA-nın Tehran bürosuna İranın ən böyük təkparça polietilen tankerlər istehsal edən zavodun baş direktoru Mirqasim Mirzadə deyib. M. Mirzadə deyib ki, Azərbaycan rəsmiləri Culfa sərhəd buraxılış məntəqəsindən İrana keçəcəklər. O deyib ki, zavod Azərbaycanla əməkdaşlıq edir.
Qeyd edək ki, “İranpash” zavodu dünyada təkparça polietilen tanker istehsal edən zavoddur və İranın Urmiya şəhərinə yerləşir. Bu zavod ildə 600 növ adda 6 min ton məhsul istehsal edir. Bu məhsullar dünyanın 33 ölkəsinə ixrac olunur.