Bank Of Baku

Bakı-Böyük Kəsik istiqamətində 200 km dəmir yolu əsaslı təmir edilib

Bakı-Böyük Kəsik istiqamətində 200 km dəmir yolu əsaslı təmir edilib
# 17 yanvar 2017 07:19 (UTC +04:00)

Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Ucar-Bərgüşad mənzilində 10, 6 km yolun əsaslı təmirinə start verilib.

 

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi  həyata keçirir.

 

Təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun sökülməsi prosesi başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.

 

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 208 km dəmir yolu əsaslı təmir olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR