Bank Of Baku

Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir

Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir
# 05 aprel 2017 08:17 (UTC +04:00)

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, belə hallar həmin qatarın mənzil başına çatmasında gecikmələr yaradır.

 

Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

 

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR