Bank Of Baku

Bakı-Küveyt-Bakı reysi ilə ilk turist çarter reysi yerinə yetirilib

Bakı-Küveyt-Bakı reysi ilə ilk turist çarter reysi yerinə yetirilib
# 30 yanvar 2017 12:45 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti ilə Küveytin "AlKazemi Travel Agencies" turizm şirkəti arasında əməkdaşlıq haqqında sazişə əsasən AZAL-ın tarixində ilk turist çarter reysi Bakı-Küveyt-Bakı reysləri yerinə yetirilməyə başlanılıb.

 

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar ayından sentyabr ayına kimi hələlik 2 çarter reysinin yerinə yetirilməsi planlaşdırılır. Reyslər “Airbus А320” laynerləri ilə Heydər Əliyev Beynəlxalq Hava Limanından Küveytin paytaxtında yerləşən Şeyx Saad Hava Limanına yerinə yetiriləcək.

 

“Reyslərin əsas təyinatı - hər iki ölkəyə mütəşəkkil turist qruplarının daşınmasıdır. Bununla belə, bəzi reyslərə individual aviabiletləri AZAL-ın agentliklərində və ya aviaşirkətin saytında əldə etmək mümkündür”, - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR