Bank Of Baku

Bakı-Qazax yolunda yeni yol hissələri salınıb

Bakı-Qazax yolunda yeni yol hissələri salınıb
# 15 sentyabr 2016 14:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 115-ci kilometrliyində nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeni yol hissələri salınıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, sözügedən ərazidə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin geri dönməsi üçün 14 metr uzunluğunda və 9 metr enində, əks istiqamətdən gələn nəqliyyat vasitələri üçün isə 87 metr uzunluğunda və 6 metr enində yol hissələri inşa edilib.

 

Yeni yol hissələrinə nəqliyyat vasitələrinin rahat giriş-çıxışı üçün hər bir istiqamət üzrə yeni hərəkət zolağı salınıb. Yeni hərəkət hissələrinin eni 5 metr, uzunluqları isə bir istiqamət üzrə 440 metrdir (440m x 2).

 

Ümumilikdə 5 min kvadratmetrdən çox sahədə əsaslı tikinti işləri həyata keçirilib. Aparılan tikinti işləri zamanı yeni hərəkət zolaqlarının kənarlarında 1,5 metr enində çiyinlər də yaradılıb. Bundan başqa, suların kənarlaşdırılması üçün 20 metr uzunluğunda 2 ədəd suötürücü borular inşa edilib.

 

Tikinti işləri zamanı nəqliyyat vasitələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol ayrıcına yeni əyri-xətli dəmir tirlər quraşdırılıb, hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR