Bank Of Baku

Bakı-Sumqayıt elektrik qatarından istifadə edənlərin sayı ikiqat artıb

Bakı-Sumqayıt elektrik qatarından istifadə edənlərin sayı ikiqat artıb
# 01 fevral 2017 08:01 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan hava şəraitinə baxmayaraq, "Azərbaycan Dəmir Yolları" QSC qatarların hərəkətində heç bir problem qeydə almayıb. Bunu "APA-Economics"ə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

 

"Sərnişin Daşımaları Departamentinin kollektivi gücləndirilmiş iş rejimində çalışır. Bakı-Sumqayıt elektrik qatarının hərəkətində də heç bir gecikmə baş verməyib. Amma bölgələrə gedən qatarlarda 20-30 dəqiqə gecikmə baş verib. Hava şəraiti ilə əlaqədar maşinistlərə sürət həddinin azaldılması ilə bağlı tapşırıqlar verilib və gecikməyə səbəb də budur", - deyə S. Qədirova qeyd edib.

 

O əlavə edib ki, Bakı-Sumqayıt elektrik qatarından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunur: "Məlum səbəblərdən vətəndaşlar Bakı-Sumqayıt qatarına üz tutub. Elektrik qatarından istifadə edənlərin sayı təxminən ikiqat artıb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR