Bakı-Pirşağı-Sumqayıt istiqamətində 29,2 km uzunluğunda Dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, ilkin olaraq Nərimanov-Böyükşor mənzilində köhnə torpaq yatağı hazırlanıb və yolun qoyuluşuna başlanılıb.
Qeyd edək ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub.