Bank Of Baku

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilir

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin görüşü keçirilir
# 19 iyun 2017 09:13 (UTC +04:00)

Bakıda Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin  beştərəfli görüş keçirilir.

 

APA-Economics”in məlumatına görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze, “Ukrayna Dəmir Yolu” SC-nin İdarə Heyətinin sədri Balçun Voytsex və Polşa Dövlət Dəmir Yolunun rəisi Kşiştof Maminski iştirak edirlər.

 

Beştərəfli görüşdə "Cənub-Qərb" nəqliyyat marşrutunun üstünlükləri və inkişaf perspektivləri, bu layihənin inkişaf etdirilməsində, həmçinin, bu marşrut üzrə daşımaların həyata keçirilməsində təşkilati, texnoloji və logistik məsələlərin həllində tərəflərin atdığı addımların koordinasiyası, "Cənub-Qərb" nəqliyyat marşrutu katibliyinin və əməliyyat-iş mərkəzinin yaradılması məsələləri müzakirə ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR