Bank Of Baku

Bakıda daha iki "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başlayıb

Bakıda daha iki "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başlayıb
# 05 iyun 2017 09:34 (UTC +04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti "Şəbəkə" xidmət mərkəzlərini istifadəyə verib.

 

"APA-Economics" xəbər verir ki, Xəzər (Sergey Yesenin küçəsi 102) və Yasamal (Hüseyn Cavid prospekti 19) rayonunda yerləşən "Şəbəkə" xidmət mərkəzlərində bütün növ telekommunikasiya və poçt, bank və maliyyə xidmətləri təşkil olunub.

 

Xəzər və Yasamal rayonlarının sakinləri telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzlərə müraciət edə bilərlər.

 

Mərkəzlərdə vətəndaşlara fasiləsiz olaraq həftənin iş günlərində səhər saat 09:00-dan axşam saat 19:00-dək, istirahət günləri saat 09:00-dan 18:00-dək xidmət göstərilir.

 

"Şəbəkə"nin yaradılmasında əsas məqsəd əhaliyə mərkəzləşdirilmiş qaydada yüksək standartlara uyğun xidmət göstərməkdir.

 

Xidmətlərin vahid məkanda cəmlənməsi, eyni zamanda vətəndaşların vaxt itkisini aradan qaldırmağa və nağdsız ödənişləri stimullaşdırmağa hədələnib.

 

Bakı şəhərində ilkin mərhələdə 10-a yaxın belə xidmət mərkəzinin açılması nəzərdə tutulur. Hazırda Yasamal rayonunda ikinci, Binəqədi rayonunda isə ilk "Şəbəkə" xidmət mərkəzinin açılması üçün təmir-tikinti işləri aparılır və yaxın zamanlarda onların istifadəyə verilməsi gözlənilir. Gələcəkdə regionlarda da "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR