Bank Of Baku

Bakının 9 küçəsində rəngləmə işləri aparılacaq

Bakının 9 küçəsində rəngləmə işləri aparılacaq
# 25 aprel 2017 08:33 (UTC +04:00)

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu  gün səhər 11:00-dan etibarən Nəsimi rayonu, Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev  sarayının arxası) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

 

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, görülən işlər axşam saatlarınadək yekunlaşdırılacaq.

 

Analoji işlər 22:00-dan etibarən isə Nəsimi rayonu, Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində aparılacaq.

 

Bu küçələrdə isə rəngləmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR