Bank Of Baku

Bakının daha üç küçəsində rəngləmə işləri aparılacaq

Bakının daha üç küçəsində rəngləmə işləri aparılacaq
# 24 aprel 2017 10:20 (UTC +04:00)

Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Nəsimi rayonu Yusif Vəzir Çəmənzəminli və Səməd Vurğun, həmçinin Səbail rayonu Rəşid Behbudov küçələrində müvafiq işlər aparılacaq. 

 

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, rənglənmə işlərinə bu axşam 22:00-dan etibarən start veriləcək. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.
 

"Azəravtoyol” ASC sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR