Bakı. Yeganə Laçınzadə - APA-Economics. Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində o cümlədən Tibilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Xətai prospekti Təhsil nazirliyi istiqamətində, Əhmədbəy Ağaoğlu, Koroğlu Rəhimov, Səməd Vurğun (Müasir təhsil kompleksinin qarşısı) Yusif Səfərov küçələrində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən xəbərə görə, Ziya Bünyadov prospekti (metronun “Koroğlu” Stansiyasından 20 yanvar dairəsi istiqamətində) az sıxlıq var.
Binəqədi şosesində isə vəziyyət olduğu kimi qalır. Bu yolda şəhər istiqamətində tıxac müşahidə edilir.