Bank Of Baku

Bakının əsas yollarında sürət həddi əvvəlki həddə qaytarılıb - YENİLƏNİB

Bakının əsas yollarında sürət həddi əvvəlki həddə qaytarılıb - <span style="color: red;">YENİLƏNİB
# 13 iyun 2017 13:56 (UTC +04:00)

Yağışlı hava ilə əlaqədar olara paytaxtın iki əsas avtomagistralı- Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

 

Bu barədə "APA-Economics"ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. 

*

Saat 13:48

Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.


Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir", - deyə məlumatda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR