Bank Of Baku

Bakının iki küçəsinə nəzarət gücləndirilib

Bakının iki küçəsinə nəzarət gücləndirilib
# 31 may 2017 14:15 (UTC +04:00)

Bakının Cavadxan və Hüseynbala Əliyev küçələrinin kəsişməsindəki dairədə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının və taksilərin xaotik hərəkətinin aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən zəruri tədbirlər görülüb.


BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "APA-Economics"ə bildirib ki, sözügedən ünvanda mövcud avtobus dayanacaq məntəqələrinin xətləri yenidən rənglənərək müvafiq nişanlar qoyulub. "Ərazidə taksilərin və avtobusların dayanacağa giriş-çıxışına maneə yaratmasının qarşısını almaq üçün yeni taksi duracağı yeri də müəyyənləşdirilib. Görülən infrastruktur tədbirləri ilə yanaşı BNA-nın əməkdaşları əraziyə nəzarəti də gücləndirib", - deyə qurum rəsmisi qeyd edib.

 

Onun sözlərinə görə, BNA paytaxtın digər küçə və prospektlərində də nəqliyyatın maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri tədbirləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR