Bank Of Baku

Bakının Xətai rayonunun Sarayevo küçəsi təmir olunur

Bakının Xətai rayonunun Sarayevo küçəsi təmir olunur
# 05 aprel 2017 14:55 (UTC +04:00)

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Xətai rayonu Sarayevo küçəsinin təmiri işlərinə başlanılıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri “Azəravtoyol” ASC tərəfindən yüksək keyfiyyətlə və texnoloji  aradıcılığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

Sözügedən küçədə yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Daha sonra küçəyə 2 qat olmaqla asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə isə 16 min m2 ərazinin asflatlanması nəzərdə tutulub.

 

Hazırda küçə boyu mövcud piyada səkilərinin bərpa edilməsi, kənarlarına səki daşlarının düzülməsi işləri görülür. Uzunluğu 1260 metr,  4 hərəkət zolaqlı olmaqla yolun eni bir istiqamət üzrə 7.5 metr olan küçənin ümumi eni 15 metrdir.  Piyada səkilərinin eni isə 1.5 metr təşkil edir.  Təmir işləri çərçivəsində küçə boyu 1015 paqon-metr yeni səki daşları düzüləcək.

 

Aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunacaq, zəruri olan yerlərdə 9 ədəd yeni yağış barmaqlıqları qoyulacaq, 28 ədəd isə yeraltı kommunikasiya xətlərinin yeni baxış qapaqları  quraşdırılacaq.

 

Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin 10 yerdə piyada keçidi zolaqları çəkiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR