Bank Of Baku

Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür

Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür
# 15 noyabr 2016 11:34 (UTC +04:00)

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına noyabrın 19-dan etibarən Biləcəri və Xırdalan  stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur.

 

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bununla bağlı hazırlıq işləri başa çatmaq üzrədir.

 

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür. 

 

Xırdalan stansiyasiyasında isə 450 metr  uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR