Bank Of Baku

BNA: "Dərnəgül" NMM-ə 17 marşrut xətti üzrə avtobuslar və taksilər daxil olacaq

BNA: "Dərnəgül" NMM-ə 17 marşrut xətti üzrə avtobuslar və taksilər daxil olacaq
# 22 aprel 2017 08:59 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi (BNA) yeni Nəqliyyat Mübadilə Mərkəzlərinin (NMM) yaradılması istiqamətində tədbirlərini davam etdirir.

 

BNA-dan "APA-Economics"ə verilən məlumata görə, artıq "Dərnəgül" metro stansiyası yaxınlığındakı ərazidə növbəti NMM-in yaradılması ilə bağlı işlərə başlanılıb.

BNA-nın sifarişi əsasında hazırda ərazinin asfalt örtüyü yenilənir. Bu işlər yekunlaşdıqdan sonra avtobusların və sərnişinlərin rahat, eyni zamanda təhlükəsiz hərəkəti üçün zəruri tədbirlər görüləcək əlavə dayanacaq pavilyonları qoyulacaq. Layihəyə əsasən, "Dərnəgül" NMM-də avtobuslarla yanaşı, taksilər üçün də duracaq müəyyənləşdirilib.

 

İlkin mərhələdə "Dərnəgül" NMM-ə əsasən Binəqədi, Biləcəri, Mehdiabad, Fatmayı, Məhəmmədi, Pirşağı, Digah və Novxanı kimi kənd və qəsəbələrdən gələn 17 marşrut xətti üzrə avtobusların daxil olması planlaşdırılır. Hazırda bu marşrut xətlərinin əksəriyyəti üzrə avtobusların son dayanacaq məntəqəsi metronun "Azadlıq prospekti" stansiyası müəyyən edilib. Bu isə gün ərzində, xüsusən də pik saatlarda həmin ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlığa səbəb olur.
 

"Dərnəgül" NMM istifadəyə verildikdən sonra avtobusların xaotik hərəkətindən qaynaqlanan bu problem aradan qalxacaq. Gələcəkdə isə "Dərnəgül" NMM-in imkanlarından asılı olaraq bura daxil olması planlaşdırılan marşrut xətlərinin sayı artırıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR