Bank Of Baku

Küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə təkliflər hazırlanır

Küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə təkliflər hazırlanır
# 11 fevral 2017 11:42 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi küçələrin təmizlənməsi zamanı təhlükəsizliyə riayət edilməsi barədə Nazirlər Kabinetinə bir sıra təkliflərlə müraciət edib.

 

Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, müraciətdə yol işləri və yolların təmizlənməsi, süpürülməsi həyata keçirilən zaman təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət edilməsi, bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması,  o cümlədən sürət həddinin yüksək olduğu yollarda süpürülmə işlərində mümkün qədər xüsusi süpürən-təmizləyən maşınlardan istifadə edilməsinə dair məsələlər öz əksini tapıb.

 

Məlumata görə, qeyd edilən təkliflər aidiyyəti dövlət qurumları tərəfindən məqsədəmüvafiq hesab edilib. Artıq Nazirlər Kabineti bu məsələlərin normativ hüquqi aktlarda öz əksini tapması üçün Ədliyyə Nazirliyinə aidiyyəti dövlət qurumları ilə birgə razılaşdırılmış təkliflər hazırlanmasını tapşırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR