Bank Of Baku

Bu il Azərbaycanda mobil telefon rabitəsindən 467 milyon manatdan artıq gəlir əldə edilib

Bu il Azərbaycanda mobil telefon rabitəsindən 467 milyon manatdan artıq gəlir əldə edilib
# 12 avqust 2016 15:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 955,7 mln. manatlıq xidmət göstərib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun da 72,1%-i əhali tərəfindən istehlak olunub.

 

2015-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 12,5% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,9%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 48,9%-i və ya 467,2 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR