Bank Of Baku

Dağlıq və dağətəyi rayonlara yağan qar hərəkətə ciddi təsir etməyib

Dağlıq və dağətəyi rayonlara yağan qar hərəkətə ciddi təsir etməyib
# 13 fevral 2017 07:48 (UTC +04:00)

Ölkənin dağlıq və dağətəyi rayonlara qarın yağması avtomobil yollarında hərəkətə ciddi təsir etməyib.

 

"Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli "APA-Economics"ə bildirib ki, problem yaşanan ərazilərə "Azəravtoyol" ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunaraq, yolların qardan və buzdan təmizlənməsi istiqamətində tədbirlər görülüb.

 

"Hazırda da bir-çox ərazilərə qar yağmağa davam etdiyindən bu istiqamətdə işlər davam etdirilir. Buna baxmayaraq, hazırlıqsız sürücülərin yollara çıxması tövsiyə olunmur", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR