Bank Of Baku

Dubaydan Qəbələyə birbaşa aviareys açılır

Dubaydan Qəbələyə birbaşa aviareys açılır
# 15 fevral 2017 13:09 (UTC +04:00)

"FlyDubai" Dubay-Qəbələ birbaşa aviareysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır. "APA-Economics" xəbər verir ki, aviareyslər cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.

 

Şirkət Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) yerinə yetiriləcək.
 

"Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq", - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.

Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR