Bank Of Baku

EIB Gürcüstan-Azərbaycan sərhədindən Poti limanınadək uzanan yola 250 mln. avro ayırır

EIB Gürcüstan-Azərbaycan sərhədindən Poti limanınadək uzanan yola 250 mln. avro ayırır
# 24 aprel 2017 10:17 (UTC +04:00)

Gürcüstan və Avropa İnvestisiya Bankı (European Investment Bank, EIB) iyul ayında 250 mln. avro məbləğində yeni kredit sazişi imzalayacaq. "APA-Economics" "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın maliyyə naziri Dmitri Kumsişvili bildirib.

 

Onun sözlərinə görə, bu vəsait Şərq-Qərb sürətli avtomobil magistralının tikintisinin maliyyələşməsinə yönələcək.
 

Nazir əlavə edib ki, EIB 2016-cı ildə Gürcüstana yatırdığı investisiyaların həcmini ikiqat artıraraq 1 mlrd. avroya çatdırıb.

 

Qeyd edək ki, Şərq-Qərb sürətli avtomobil magistralı (E-60) Avropanın ikinci ən iri tranzit dəhlizi sayılır. Fransanın Brest şəhərindən başlanğıcını götürən dəhliz Qırğızıstanın İrkeştam şəhərinədək uzanır. Gürcüstan ərazisində E-60 magistralı Azərbaycan sərhədini Qara dəniz sahilində yerləşən Poti limanı ilə birləşdirir. Magistralın uzunluğu 392 km təşkil edir.

EIB-in regional ofisi 2015-ci ildən Tbilisidə fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR