Bank Of Baku

Elmar Məmmədyarov: "TAP layihəsi vaxtında fəaliyyətə başlayacaq"

Elmar Məmmədyarov: "TAP layihəsi vaxtında fəaliyyətə başlayacaq"
# 07 noyabr 2016 17:15 (UTC +04:00)

"TAP üzrə işlər gündən günə artır və inanırıq ki vaxtında öz fəaliyyətinə başlayacaq".

 

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

 

“TAP layihəsi müsbət inkişaf edir. Layihənin icrasında müəyyən ləngimələr olmuşdu. Lakin hazırda bütün ölkələrdən artıq cavab almışıq ki, əsas məsələlər həll olunub. Planlaşdırırıq ki, 2018-ci ilin sonu 2019-cu ilin əvvəlində layihəni icra edək".

 

O, italiyalı həmkarı ilə energetika sahəsinə müzakirələr apardığını deyib:  “İtaliya gələn ildən ATƏT üçlüyündə  təmsil olunacaq. Hökumətlərarası komissiyanın növbəti iclası barədə də danışdıq. Həmçinin Heydər Əliyev Fondu İtaliyada geniş layihələr həyata keçirir. Bu da çox önəmlidir. İnanırıq ki, bu ay Brüsseldə Avropa İttifaqı strateji tərəfdaşlığa dair mandatı təsdiqləyəcək və biz danışıqlara başlayacağıq. Bu barədə müzakirə aparmışıq. Beynəlxalq təşkilatlarda iki ölkə daim əlaqədədir. İnanırıq ki, bunu davam etdirəcəyik".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR