Bank Of Baku

Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına qatılacaq

Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına qatılacaq
# 28 mart 2017 15:58 (UTC +04:00)

"Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu ilin iyun ayında istismara veriləcək". "APA-Economics" xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhmət Ərslan bildirib.

 

Onun sözlərinə görə, açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq: "Bu layihə Londonla Pekini birləşdirəcək. Hazırda Çindən Londona daşımalar 45-60 gün ərzində həyata keçirilir. Lakin Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra bu müddət 3-4 dəfə azalaraq 12-15 günədək azalacaq. Biz il ərzində dəmir yolu vasitəsilə 26,5 milyon ton yük daşıyırıq. Rəsmi Bakı, Tbilisi və Astana "ildə 10 milyon ton yük verəcəyik" deyirlər. Başqa sözlə, Bakı-Tbilisi-Qars layihəsi istismara verildikdən sonra Türkiyə üzərindən yükdaşımaların həcmi ikiqat artacaq", - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR