Bank Of Baku

Estoniya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir

Estoniya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətindədir
# 07 aprel 2017 15:41 (UTC +04:00)

Bu gün  “Azərbaycan Dəmir Yolları” QSC-də Estoniya dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov tranzit potensialının artırılması istiqamətində beynəlxalq nəqliyyat dəhlizlərinin rolu, qarşıda duran vəzifələr haqqında məlumat verib.

 

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin  icra vəziyyətindən danışan C. Qurbanov bildirib ki, artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub. Hazırda Astarada (İran) geniş işlər aparılır.  Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir.

 

Estoniya dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının həmsədri M. Korb ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacib olduğunu, Estoniyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Eyni zamanda Estoniyanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq niyyətində olduğunu nəzərə çatdırıb.

 

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi vacib sayılıb. Tədbirin sonunda ikitərəfli memorandum imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR