Bank Of Baku

Füzuli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Füzuli küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
# 25 may 2017 10:04 (UTC +04:00)

Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb.

 

Həmin istiqamətdən gələn nəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər.

 

Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir-neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə nəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR