"Azərbaycan prezidenti İlham Əliyevin nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi baxımından həyata keçirdiyi tədbirlər nəinki Azərbaycanın, o cümlədən bütün regionun iqtisadiyyatının inkişafı üçün vacibdir".
"APA-Economics" xəbər verir ki, bunu ABŞ-ın nəqliyyat komandanı Darren Makdyu (Darren McDew) Bakıda keçirdiyi brifinqdə deyib.
D. MakDyu qeyd edib ki, bu tədbirlər nəticəsində Azərbaycan ABŞ-ın regionda azad naviqasiyadan bəhrələnməsinə yardım göstərəcək.